AZ

Tehranda ictimai nəqliyyat PULSUZ OLACAQ

Ajans.az xəbər verir ki, bu barədə Tasnim News Agency məlumat yayıb. Məlumata görə, qərar paytaxt sakinlərinə dəstək göstərmək və yanacaq istehlakını tənzimləmək məqsədi daşıyır. Rəsmi şəxsin sözlərinə görə, tətbiq edilən tədbir şəhərdəki bütün ictimai nəqliyyat vasitələrini əhatə edəcək. Qərar həm avtobuslara, həm də metro xidmətinə şamil olunur.

Şəhər rəhbərliyi hesab edir ki, bu addım müharibə şəraitində əhalinin gündəlik hərəkətini asanlaşdıracaq və yanacaqdan istifadəni azaltmağa kömək edəcək.

Seçilən
6
Ajans.az

1Mənbələr