AZ

Sahib Məmmədov: "Zəngəzur dəhlizi regionda yeni nəqliyyat və iqtisadi imkanlar yaradacaq"

Zəngəzur dəhlizi ilk növbədə Azərbaycana ona görə lazımdır ki, ölkənin ayrılmaz tərkib hissəsi olan, lakin müəyyən səbəblərə görə ondan ayrı düşmüş Naxçıvanla kommunikasiya əlaqələri bərpa olunsun və orada yaşayan əhalimizin gediş-gəlişi üçün şərait yaradılsın. Yüklərimiz, sərnişinlərimiz və nəqliyyat vasitələrimiz hər iki istiqamətdə sərbəst hərəkət edə bilsin.

Bu fikirləri bu fikirləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, ikinci növbədə isə bu dəhliz qlobal kommunikasiya şəbəkəsinin tərkib hissəsinə çevrilə bilər və çevriləcək. Bu isə artıq təkcə Azərbaycan üçün deyil, bütün region üçün faydalıdır və region ölkələri üçün yeni imkanlar yarada bilər. O cümlədən Ermənistanın özü də bundan faydalana bilər:

"Çünki vaxtilə həmin yol vasitəsilə Bakıdan Ermənistana yüklər daşınır, sərnişin qatarları işləyirdi. Bakı–Yerevan xətti aktiv nəqliyyat marşrutu olub. Bu gün isə həmin xəttin Avropaya və digər istiqamətlərə çıxış imkanları var. Ermənistan bu xəttə qoşulmaqla həm Avropaya, həm Rusiyaya çıxış əldə edə, həm də Azərbaycanla yüklərin daşınması, sərnişin daşımaları və nəqliyyat sahəsində iqtisadi əməkdaşlıq qura bilər. Bu baxımdan Zəngəzur dəhlizi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır, eyni zamanda Türkiyə, Ermənistan və Orta Dəhliz boyunca yerləşən digər ölkələr üçün də faydalı ola bilər".

 

Pərvanə Fərhadqızı

Seçilən
52
qht.az

1Mənbələr