AZ

Azərbaycanın enerji siyasəti ölkənin beynəlxalq mövqeyini gücləndirir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Avropa İttifaqı Şurasının Prezidenti António Coştanın Bakıya səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Artıq Avropada birmənalı olaraq qəbul edilir ki, qitənin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan əvəzedilməz bir ölkədir. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən münaqişələr səbəbindən enerji daşımalarına, tranzitinə yaranan təhdid və təhlükələr Bakıya olan marağı artırır”.Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Avropa İttifaqı Şurasının Prezidenti António Coştanın Azərbaycana səfərini şərhn edərkən səsləndirib. Millət vəkili bildirib ki, António Coştanın Bakı səfəri Azərbaycan Prezidenti İlham Əliyevlə yüksək səviyyəli görüş keçirildi, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olundu:“Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafı, regional sabitlik və iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas mövzulardan biri oldu. Bu bir danılmaz faktdır ki, Avropa İttifaqı üçün Cənubi Qafqaz regionu geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu əhəmiyyət Azərbaycana olan münasibətdə də özünü daha qabarıq şəkildə göstərir. Çünki bu gün Azərbaycan Avropa İttifaqının 10 üzvünü təbii qazla təmin edir ki, bu da ittifaq üzvü olan ölkələrin təxminən 50 faizi deməkdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi yaxın perspektivdə Azərbaycan qazının Avropaya nəqlini daha da artırılması qarşıya məqsəd qoyulub ki, bu da daha çox Avropa ölkəsinə Azərbaycan qazının tədarükü demək olacaq”.İlham Məmmədovun sözlərinə görə, Antonio Koştanın dediyi kimi Azərbaycanla Avropanı təkcə enerji sahəsində əməkdaşlıq yaxınlaşdırmır. Eyni zamanda digər istiqamətlərdə də uğurlu əməkdaşlıq imkanları və perspektivləri mövcuddur:“Nəzərə alsaq ki, Cənubi Qafqaz regionu, əsas etibarilə də Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat dəhlizi, həm də enerji resurslarının Avropaya daşınmasında strateji körpü rolunu oynayır, o zaman Avropa İttifaqının Azərbaycana olan marağının artmasını başa düşmək olar. Elə Antonio Koşta da Cənab Prezidentlə görüşü zamanı bunu aydın şəkildə ifadə etdi. O bildirdi ki, daşımalar bizim əməkdaşlığımızın başqa bir mühüm sahəsidir. Orta Dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir. Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanması bu mənada böyük əhəmiyyət kəsb edəcək”.Deputat qeyd edib ki, Azərbaycanın enerji siyasəti ölkənin beynəlxalq mövqeyini gücləndirir ki, nəticə etibarilə Avropa İttifaqı üçün Azərbaycan alternativ enerji mənbəyi kimi böyük əhəmiyyət kəsb edir:“Bu əməkdaşlıq hər şeydən əvvəl Avropanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, eyni zamanda regionda sülhə, sabitliyə və təhlükəsizliyə xidmət edir”.Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
newscenter.az

2Mənbələr