AZ

Paşinyan: Ermənistanda Azərbaycanla sülhdən narazı olan xüsusi qüvvələr var

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanacağına şübhə etmir.

Oxu.Az bu barədə Ermənistan KİV-ə istinadən bildirib.

"Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün səssiz, sakit diplomatik işlər aparılır. Bu müqavilənin imzalanacağına şübhəm yoxdur", - deyə Paşinyan cümə axşamı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsinin paraflanması zamanı belə barışın bərqərar olması ilə bağlı Ermənistan və Azərbaycanın mövqelərinin üst-üstə düşməsini qeyd etmək çox vacibdir. Baş nazir vurğulayıb ki, hazırkı müzakirə sülhün möhkəmləndirilməsi və əvvəlki reallıqlara qayıtmamaqla bağlıdır.

"Ermənistanda sülhdən narazı olan xüsusi qüvvələr var. Biz, Ermənistan vətəndaşları, sülhə qayğı göstərməli və onu dönməz hala gətirməliyik", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh yolu ilə həll və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırıldı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
oxu.az

1Mənbələr