Federal Təhqiqat Bürosu (FTB) mümkün İran hücumları ilə bağlı Kaliforniyaya xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Bildirilib ki, İran Kaliforniya sahillərində naməlum bir gəmidən dronlarla hücum etməyi planlaşdırır. Hücumun nə vaxt, necə və kim tərəfindən həyata keçiriləcəyi ilə bağlı detallar hələlik məlum deyil.
Kaliforniya qubernatoru Qevin Nyusomun sözlərinə görə, Qubernatorun Təcili Yardım Xidmətləri Ofisi ictimaiyyəti qorumaq üçün ştat, yerli və federal təhlükəsizlik rəsmiləri ilə fəal şəkildə işləyir. “Hazırda hər hansı bir qaçılmaz təhlükədən xəbərdar deyilik, lakin ştatımızda hər cür fövqəladə hallara hazırıq”, - o qeyd edib.
Los-Anceles Şerif Departamenti də mövcud qlobal inkişaflar fonunda yüksək səviyyədə hazırlıqlı olduqlarını bildirib.