AZ

Azərbaycan ilə Aİ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir – RƏY

Bakı. Trend:

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının PrezidentiAntonio Koştanın Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərölkəmizin Avropa məkanı ilə əməkdaşlığının yeni mərhələyə daxilolduğunu bir daha göstərir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova deyib.

O qeyd edib ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasındamünasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamandaiqtisadi, enerji və nəqliyyat sahələrində də genişlənərək stratejitərəfdaşlıq səviyyəsinə yüksəlir:

“Dövlət başçısının vurğuladığı kimi, Avropa İttifaqıAzərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və qarşılıqlıiqtisadi əlaqələrin genişlənməsi hər iki tərəf üçün yeni imkanlaryaradır. Ticarət dövriyyəsinin əhəmiyyətli hissəsinin Avropa bazarıilə bağlı olması Azərbaycan iqtisadiyyatının beynəlxalqinteqrasiyasının göstəricisidir və gələcəkdə bu əməkdaşlığın dahada dərinləşəcəyinə zəmin yaradır.

Enerji sahəsində əməkdaşlıq isə Azərbaycan–Avropa əlaqələrininəsas sütunlarından biri olaraq qalır. Azərbaycanın Avropanın enerjitəhlükəsizliyində mühüm rol oynaması artıq beynəlxalq səviyyədəqəbul olunan faktdır. Bu gün bir sıra Avropa ölkələrinin Azərbaycanqazından istifadə etməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinidaha da möhkəmləndirir. Eyni zamanda, ölkəmizin yeni qazyataqlarının istismarı və ixrac imkanlarının artırılmasıistiqamətində gördüyü işlər Avropa bazarı üçün də böyük əhəmiyyətdaşıyır.

Bununla yanaşı, Azərbaycanın bərpaolunan enerji sahəsində həyatakeçirdiyi layihələr də xüsusi diqqətə layiqdir. Günəş, külək və suenerjisinin inkişafına yönələn investisiyalar Azərbaycanın gələcəkenerji strategiyasının mühüm hissəsidir və bu sahədə Avropa iləəməkdaşlıq yeni texnologiyaların tətbiqinə və “yaşıl enerji”ixracına geniş imkanlar açır”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında diqqətçəkən məqamlardan biri də regionda sülh və sabitlik məsələsinəverdiyi önəm idi:

“Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldəolunan irəliləyişlər və sülh gündəliyinin irəli aparılması CənubiQafqazda uzunmüddətli sabitliyin formalaşması baxımından mühümaddımdır. Azərbaycan tərəfindən həyata keçirilən tranzit vəiqtisadi əməkdaşlıq təşəbbüsləri də sülhün praktik addımlarlamöhkəmləndirildiyini göstərir.

Hesab edirəm ki, Azərbaycanın balanslı və praqmatik xaricisiyasəti ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir. Avropaİttifaqı ilə tərəfdaşlığın genişləndirilməsi, enerji və nəqliyyatlayihələrinin inkişafı, eyni zamanda regionda sülhünmöhkəmləndirilməsi Azərbaycanın strateji maraqlarına xidmət edənəsas istiqamətlərdəndir”.

Məqalədə:
Seçilən
29
1
az.trend.az

2Mənbələr