AZ

İran səfiri Orta Asiya ölkələri üçün qeyri sabitlik risklərindən danışıb

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ və İsrailin son hücumlarından sonra İranda baş verə biləcək qeyri-sabitlik, Yaxın Şərqdən ekstremistlərin və terrorçuların Orta Asiya ölkələrinə sızması riskini yaradır.

Bizimyol.info xəbər verir ki, İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cövkar bunu mətbuat konfransında bildirib.

"Orta Asiya regionu üçün təhlükə elə ola bilər ki, İranda geniş miqyaslı iğtişaşlar baş verərsə, qeyri-sabitlik baş verər və ekstremistlərin, terrorçuların Yaxın Şərqdən sızması riski yaranar. Amma xoşbəxtlikdən, İran hökumətinin gücü ilə və İran hakimiyyəti İranda qaldığı müddətcə Qazaxıstan və ya Orta Asiya üçün heç bir təhlükə olmayacaq", - deyə səfir münaqişə ilə bağlı Qazaxıstana qarşı təhdidlər barədə suala cavab verərkən bildirib.

O qeyd edib ki, "etiraf etmək lazımdır ki, hazırda geosiyasi perspektiv parlaq gələcəyə malik deyil, çünki heç bir hüquqi çərçivə müşahidə olunmur". "Əgər Orta Asiya regionunda və Qazaxıstanda hər hansı bir geosiyasi oyun yaranırsa, bu, artıq İranla əlaqəli olmayacaq; bu, böyük dövlətlər arasında rəqabət olacaq", - deyə səfir bildirib.

Onun sözlərinə görə, "İranın hazırda hücumlara müqavimət göstərməkdən başqa çarəsi yoxdur". Diplomat əlavə edib ki, münaqişə qlobal iqtisadiyyat, enerji və təchizat zəncirləri üçün də pis perspektivlər yaradır. O, həmçinin bir çox Avropa və Asiya ölkələrinin, eləcə də Yaxın Şərqdəki dövlətlərin münaqişəyə mümkün qədər tez son qoymaq istədikləri fikrini ifadə edib. "Lakin təəssüf ki, heç kim bu məsələdə aktiv, real tədbir görmədi. Buna görə də, hərbi əməliyyatlar başlamazdan əvvəl, müharibə başlamazdan əvvəl heç kim ABŞ prezidenti Donald Trampın hərəkətlərinin qarşısını almaq üçün tədbir görmədi. Bəzi ABŞ müttəfiqləri də ABŞ-ın İrana hücumunda iştirakına qarşı çıxdılar", - deyə İran diplomatı bildirib və münaqişəyə son qoymaq iradəsi olan ölkələri bunu beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanaraq nümayiş etdirməyə çağırıb.

28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki hədəflərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hədəfləri də vurulub. İrana endirilən zərbələr nəticəsində Ali Rəhbər Ayətullah Əli Xamenei və İslam Respublikası rəhbərliyindəki bir neçə digər əsas şəxs həlak olub.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
bizimyol.info

1Mənbələr