AZ

Qətər və Küveyt Ermənistanın dəmir yolunu nəzarətə GÖTÜRÜR

Qətər və Küveyt Ermənistanın dəmir yolunu idarə etməyi nəzərdən keçirməyə hazırdırlar.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan hökumət brifinqində bildirib.

Onun sözlərinə görə, məsələ müxtəlif tərəfdaşlarla müzakirə edilə bilər.

Lakin İrəvan potensial operatorun həm Ermənistan, həm də Rusiya ilə yaxşı münasibətlərinin olmasını vacib hesab edir.

Paşinyan vurğulayıb ki, Ermənistan tərəfi bu məsələni rusiyalı tərəfdaşları ilə müzakirə etmək niyyətindədir.

“Biz rusiyalı tərəfdaşlarımızla danışmaq istəyirik. Razılaşmalara çatmalı və ünsiyyət qurmalıyıq. Müqaviləni pozmaq dövlətlərarası və şəxsi münasibətlərimiz bu yolla getməyimizə mane olur. Əksinə, onlar sakit və mehriban atmosferdə müzakirələrə kömək edir”, - deyə Ermənistanın Baş naziri bildirib.

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr