BAKI, 12 mart. TELEQRAF
Beynəlxalq düzən dəyişir və bu faktdır. Biz yeni beynəlxalq düzənə keçid mərhələsindəyik. Bu isə təhlükəli vəziyyətdir”.
Teleqraf xəbər verir ki, bu barədə Norveçin 1997–2000 və 2001–2005-ci illərdə baş naziri Kyell Magne Bondevik XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Avropada bu gün daha çox həmrəylik var:
“Fikrimcə ,qlobal təşkilatlardan fərqli olaraq , regional təşkilatlar da daha mühüm rol oynayacaq.
Hesab edirəm ki, BMT strukturları daha kiçik və effektiv təşkilatlara yönəlməlidir. BMT-də müəyyən dəyişikliklərin edilməsi də zəruridir.”