AZ

Abşeronda sürücü saxlanıldı

Abşeron rayon sakini Ramil Bünyatov idarə etdiyi ZiL markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti (YPX) Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, sürücünün davranış və hərəkətlərinin qeyri-adekvat olması YPX əməkdaşlarında şübhə doğurduğundan o, tibbi müayinədən keçmək üçün müvafiq qaydada tibbi müəssisəyə aparılıb. Müayinə zamanı R.Bünyatov müxtəlif yollarla tibbi müayinədən yayınmağa cəhd göstərsə də, aparılmış müayinə nəticəsində onun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

Seçilən
43
2
metbuat.az

10Mənbələr