AZ

"Qalatasaray" dörddə bir finaldan bu qədər gəlir əldə edəcək - Dodaquçuqladan RƏQƏM

Çempionlar Liqasının 16-cı turunun ilk matçında evində "Liverpool"u 1-0 məğlub edərək əhəmiyyətli üstünlük əldə edən "Qalatasaray" dörddəbir final üçün gün saymağa başlayıb. Komanda digər tərəfdən də büdcəsini artırmağa nail olub.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray" Çempionlar Liqasının dörddəbir finalına yüksəlməsi halında əldə edəcəyi ümumi gəliri açıqlayıb. 


Komanda ingilis komandasını turnirdən kənarlaşdırarsa, son 8-ə qalmanın mükafatı olaraq 12,5 milyon avro əlavə qazanacaq. Ayaq basma haqqı olaraq 18,62 milyon avro alan qrup mərhələsində 3 qələbə və 1 bərabərlik nəticəsində 7 milyon avro performans mükafatı qazanan "Cimbom" liqadakı mövqeyi üçün 5,08 milyon avro, yayımlanma fondundan 8,41 milyon avro, UEFA reytinqi üzrə 2,42 milyon avro alıb.


16-cı turda play-off mərhələsi oynadığı üçün 1 milyon avro qazanan və 16-cı tura yüksəlmək qarşılığında 11 milyon avro əldə edən "Qalatasaray" ümumilikdə, 53,5 milyon avro qazanmağı təmin edib. Dörddəbir finala qalması halında bu məbləğ 66 milyon avroya yüksələcək.

Seçilən
6
manset.az

1Mənbələr