AZ

“PSJ səhvlərimizə görə bizi cəzalandırdı”

"Çelsi" klubunun müdafiəçisi Uesli Fofana PSJ ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "RMC Sport" futbolçunun dediklərini belə çatdırıb.

“Belə səhvləri yüksək səviyyəli oyunlarda etmək olmaz. Bu görüşdə kobud səhvlərə yol verdik. Matçın sonlarında pressinq etməyə çalışdıq və nəticədə beşinci qolu buraxdıq. Rəqib bütün səhvlərimizi cəzalandırdı. Amma hələ heç nə həll olunmayıb. Öz meydanımızda üç qol vurmalıyıq”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçında London klubu səfərdə 2:5 hesabı ilə məğlub olub."Çelsi" və PSJ arasında cavab oyunu 17 mart çərşənbə axşamı günü "Stemford Bridc"də keçiriləcək.

Seçilən
16
90deqiqe.az

1Mənbələr