ain.az bildirir, Footbal-plus portalına istinadən.
Avqustda “Qarabağ”a keçən Kamilo Duran Kolumbiya yığmasına ilk dəfə cəlb olunub. Ağdam təmsilçisinə transfer olunanda 250 min avro “transfermarkt” dəyəri daşıyan futbolçu yığmanın baş məşqçisi Nestor Lorentsonun “radarına düşüb”. Kamilo martın 26-sı və 29-da Xorvatiya və Fransa yığmaları ilə yoldaşlıq görüşündə qarşılaşacaq Kolumbiya yığmasında özünü göstərməlidi.Təkcə Duran yox, Azərbaycan futbolu, “Qarabağ” və Qurban Qurbanov üçün də böyük uğurdu. Maraqlıdı, bəs Kamilo hansı hücumlarla forma mübarizəsi aparacaq?“Krasnodar”ın hücumçusu Con Kardoba. Murad Musayevin rəhbərliyi altında çıxış edən Conun 10 milyon “transfermarkt” dəyəri var. O, Rusiya çempionatında 18 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə verib.Luis Suares. “Benfika”nın forvardı hazırda dünyada ən yaxşı formada olan hücumçulardan biri sayılır. 22 milyon “transfermarkt” dəyəri var. Suaras bu mövsüm çempionatda 24 oyuna çıxıb, 23 dəfə rəqib komandaları məyus edib, 5 məhsuldar ötürməsi də var.Luis Dias. “Bavariya”nın futbolçusunun öz mövqeyi vinger olsa da, hücumçu kimi də oynayır, yetərincə uğurludu. 24 oyunda 14 qol vurub, 14 məhsuldar ötürmə verib.Andres Qomes. “Vasko da Qama”nın forvardı bu mövsüm 9 oyuna çıxıb, bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.Qeyd edək ki, Kamilo çempionatda 21 oyunda 4 qol və 6 məhsuldar ötürmə, ÇL-də çıxdığı 10 oyunda 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.