AZ

"Nyukasl" onu buraxmaq istəmir

"Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hou mərkəz müdafiəçisi Fabian Şeri saxlamaq istəyir.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, klubun transfer planları artıq yekunlaşsa da, Hou 34 yaşlı oyunçunun müqaviləsini uzatmaqda israr edir.

Hou isveçrəlinin başqa komandaya keçməsini istəmir.

Şer 2018-ci ildən "Nyukasl"da çıxış edir. Bu mövsüm müdafiəçi bütün yarışlarda 21 oyunda meydana çıxıb və bir qol vurub. Şerın "Sağsağanlar"la hazırkı müqaviləsi bu yay başa çatır. "Transfermarkt" mütəxəssisləri onun dəyərini altı milyon avro qiymətləndirirlər.

Seçilən
32
90deqiqe.az

1Mənbələr