AZ

Azərbaycan şəhərlərin və onları yaradan, idarə edən peşəkarların keyfiyyətinə sərmayə yatırır - Anaklaudiya Rossbax

Bakı.Trend:

Azərbaycan şəhərlərin və onları yaradan, idarə edən peşəkarlarınkeyfiyyətinə sərmayə yatırır.

Trend xəbər verirki, bunu bu gün BMT‑nin Məskunlaşma Proqramının (UN‑Habitat) icraçıdirektoru Anaklaudiya Rossbax “Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIIIQlobal Bakı Forumunun açılış mərasimində bildirib.

O qeyd edib ki, hökumətin 2026-cı ili Azərbaycanda Şəhərsalma vəMemarlıq ili elan etməsi qərarını alqışlayır.

“Bu, güclü siqnaldır: bəzi ölkələr qloballaşmanı sual altınaaldığı bir vaxtda Azərbaycan şəhərlərinin və icmalarınınkeyfiyyətinə, həmçinin şəhərləri layihələndirən və idarə edənpeşəkarlara sərmayə yatırır”, – deyə o bildirib.

Rossbax həmçinin WUF13 – Ümumdünya Şəhərsalma Forumunuəhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, forum may ayındaBakıda keçiriləcək və bu, UN-Habitat-ın dayanıqlışəhər inkişafı üzrə qlobal platformasıdır.

Bundan əlavə, o, Qlobal Bakı Forumunun liderlərin vəekspertlərin dünyanın vəziyyətini və çoxtərəfliliyin gələcəyiniaçıq şəkildə müzakirə edə bildiyi mühüm platforma olduğunuvurğulayıb.

“Bugünkü şəraitdə bu rol hər zamankından daha vacibdir. Bizgüclü geosiyasi gərginlik və çoxsaylı böhranların – münaqişələrin,iqlim şoklarının, iqtisadi qeyri-müəyyənliyin və etimadsızlığınartmasının – üst-üstə düşdüyü bir dövrdə toplaşırıq”, – deyə obildirib.

Rossbax qeyd edib ki, bu qeyri-müəyyənlik dövrü həm də şəhərlərvə mənzil təminatı üçün böhran dövrüdür.

“Bir milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində vəgecəqondularda yaşayır. Dünyanın bir çox regionunda mənzillərinyüksək qiyməti, torpaq çatışmazlığı və iqlim fəlakətlərininbirləşməsi təhlükəsiz və adekvat yaşayış sahəsini çox sayda ailəüçün əlçatmaz edir”, – deyə o bildirib.

Seçilən
54
1
az.trend.az

2Mənbələr