AZ

Neymar qalmaqalla gündəmə gəldi: Yenə qəsdən oynamayıb?

“San­tos”un hücumçusu Neymar yenidən zədələnməsi ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, Braziliyalı futbolçu “Mirassol”a qarşı oyunu əzələ yorğunluğu səbəbindən buraxıb. Neymar qarşılaşmadan bir gün əvvəl əzələsində narahatlıq hiss etdiyini bildirib və bu səbəbdən matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd olunur ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bu görüşdə Neymarın oyununu şəxsən izləmək üçün stadiona gəlib. Lakin onu meydanda görə bilməyib.

Lakin azarkeşlərin bir qismi futbolçunun zədəsinə inanmır və onu özünü qəsdən qorumaqda ittiham edir. Neymar isə bu ittihamlara münasibət bildirib.

“Məni həmişə günahkar kimi göstərirlər. Hamını razı salmaq çox çətindir. Mənim yerimdə olmaq asan deyil. Bütün bunlara dözmək üçün kifayət qədər cəsarətim olmalıdır”, - deyə o qeyd edib.

Seçilən
73
publika.az

1Mənbələr