Bakı. Trend:
Xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına görəcərimə tətbiq ediləcək.
Trend-inməlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfransformatında birgə iclasında müzakirə olunan İnzibati XətalarMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.
Qanun layihəsinə əsasən, “Xüsusi icra məmurları haqqında” Qanunauyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcraMəmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icraməməmuru fəaliyyətinin göstərilməsinə görə 1 500manat məbləğində cərimə ediləcək.
Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusiicra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə inzibatixətanın obyekti olmuş geyim forması və xüsusi nişan müsadirəedilməklə 500 manatdan 700 manatadək məbləğdəcərimə ediləcək.
Xüsusi icra məmurları tərəfindən Xüsusi İcra MəmurlarınınReyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında 3iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinəgörə 500 manat məbləğində cərimə ediləcək.
Barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxiledilmədən xüsusi icra məmurunun köməkçisi kimi fəaliyyətəbaşlamasına görə xəbərdarlıq ediləcək və ya 500manat məbləğində cərimə ediləcək.
Xüsusi icra məmurunun köməkçisinin müstəqil olaraq xüsusi icraməmurunun fəaliyyəti ilə məşğul olmasına, icra hərəkətlərini həyatakeçirməsinə görə 1 500 manat məbləğində cəriməediləcək. Bu əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasəncinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
İcra sənədlərinin icrası ilə bağlı xüsusi icra məmurunun qanunifəaliyyətinə müdaxilə edilməsinə görə fiziki şəxslər 200manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər400 manatdan 600 manatadək məbləğdə, hüquqişəxslər 800 manatdan 1 200 manatadək məbləğdəcərimə ediləcək. Bu əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinəəsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Xüsusi icra məmurları tərəfindən dövlət və digər informasiyaehtiyatları və sistemlərindən icra hərəkətlərinin həyatakeçirilməsi ilə əlaqədar zəruri olmayan məlumatların əldəedilməsinə görə 500 manatdan 1000 manatadəkməbləğdə cərimə ediləcək.