"Arsenal"ın sabiq futbolçusu Karlos Vela klub sahibi olub.
Apasport.az xəbər verir ki, o, "Los Anceles Qalaksi"nin sahibləri sırasına qatılıb.
Bunu MLS təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Vela həmçinin klubun səfiri olaraq da çalışacaq.
Meksika millisinin sabiq futbolçusu daha öncə Los Anceles klubunun şərəfini də qoruyub. O, 2017-ci ildə komandaya transfer olunub və 2019-cu ildə turnirin ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Karlos karyerası ərzində "Arsenal", "Selta", "Salamanka", "Osasuna", "Vest Bromviç" və "Real Sosyedad"da çıxış edib.
“Adana Demirspor”a növbəti zərbə
“Bavariya”da ciddi itkilər
Almaniya millisində dəyişiklik
Dünya Çempionatından imtinaya görə İranı hansı cəza gözləyir?
İran Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcək