Hazırda “mygov” platforması vasitəsilə 400-dən artıq rəqəmsal xidmət təqdim edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik" mövzusunda keçirilən forumda deyib.
O bildirib ki, platforma cəmi bir il ərzində 1,3 milyon yeni istifadəçi cəlb edib.
“Bu ilin yanvar ayında isə ümumi istifadəçilərin sayı 2,5 milyona çatıb. Bu dinamika platforma üzrə real tələbin göstəricisidir. Eyni zamanda, xidmət mərkəzlərinə edilən fiziki müraciətlərin 10 faizi heç bir yerə getmədən birbaşa mobil telefon üzərindən həyata keçirilir”, - deyə nazir müavini vurğulayıb.