Bakı. Trend:
Azərbaycanda da fəaliyyət göstərən Trendyol hazırda 27-siAvropada, 6-sı Qafqaz bölgəsində olmaqla, o cümlədən Azərbaycandaxil olmaqla ümumilikdə 35 ölkədə xidmət göstərir.
Trend xəbərverir ki, bunu Trendyol şirkətinin Marketinq şöbəsibin müdiri ErdemBiçer bu gün Bakıda Ümumdünya İstehlakçı Hüquqlarının MüdafiəsiGünü ilə əlaqədar “Müasir rəqəmsal dünyada istehlakçılar: elektronticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusundakeçirilən forumda bildirib.
Onun sözlərinə görə, platformanın gündəlik orta ziyarətçi sayı20 milyondan çoxdur, aktiv istifadəçilərin sayı isə 40 milyonukeçir:
"Satılan məhsulların sayı 1 milyarddan çoxdur. Eyni zamandaplatformada 250 mindən artıq aktiv satıcıdan ibarət satıcı portfelimövcuddur.
Dünyada e-ticarətin pərakəndə ticarətdə payı getdikcə artır.Hazırda bu göstərici təxminən 20 faizə yaxınlaşır. Proqnozlaragörə, 2027-ci ildə bu payın 25 faizi keçəcəyi gözlənilir", - obildirib.