AZ

Piramidalarla bağlı əsas sualın cavabı tapılıb

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sadə insanlarla bərabər, elm adamları da uzun illər ərzində qədim Misir piramidalarının necə və hansı üsullarla inşa olunduğunu maraqla müzakirə edirlər. Bu suallara növbəti dəfə cavab tapmaq üçün alimlər süni intellektə müraciət ediblər. "ChatGPT" və "GPT-5" tərəfindən araşdırma aparılandan sonra isə nəticələr açıqlanıb.

Reyting.az xəbər verir ki, "ChatGPT" ilə "GPT-5"in məlumatına görə, piramidaların əksəriyyəti eramızdan öncə 2600-2500-cü illərdə minlərlə işçi qüvvəsi tərəfindən inşa olunub və bu fəhlələr kölə deyil, zamanında tikinti sahəsində çalışan peşəkar mütəxəssislər olublar.

Daş bloklar karyerlərdən kəsilib, üzən, eləcə də quruda hərəkət edə bilən sanalarla daşınıb, sonra isə daşıyıcı rampaların (Misirdə kran növü) köməyi ilə yuxarı qaldırılıb. Həmçinin qeyd olunur ki, inşaat gedən ərəfədə iş görənlər Nil çayının daşmasının qarşısını almaq üçün həm də əkinçilərin əvəzinə çalışıblar ki, ətraf ərazilərə nəzarət edə bilsinlər.

Lakin digər tədqiqatçılar süni intellektin bu iddiaları ilə razılaşmırlar. Bunun səbəbi əsasən indiyədək bəzi nəzəriyyələrin öz aktuallığını saxlamasıdır. Həmin nəzəriyyələrə görə, əslində, bütün bunlar inkişafın göstəricisidir, çünki fərqli düşünən və sözügedən iddialar irəli sürən alimlərin ehtimallarına əsasən, firon dövrləri qədim misirlilərin yüksək səviyyəli itirilmiş texnologiyaları olub. Digər alimlərin qənaətinə görə, ola da bilsin ki, misirlilər yadplanetlilərin köməyi ilə piramidaları qurublar. Lakin, bu ehtimal nəzəriyyələri, səslənən fikirlər hələ ki, elm aləmində öz təsdiqini tapmayıb. Üstəlik, əldə olunmuş çoxlu sayda arxeoloji dəlillər insanların bütün işləri həyata keçirdiklərini göstərir.

Virtual köməkçi "Cloude" isə əlavə edib ki, piramidalarda bəzi bloklar yerində "beton" kimi hazırlanmış da ola bilər, çünki daşların hamısı su kanalları ilə daşınıb və işçilər tək fiziki güc yox, həmçinin sadə mexanikadan, yaxşı təşkilatçılıqdan ustalıqla istifadə edə biliblər.

Elm adamları qeyd ediblər ki, süni intellektin son nəticəsinə görə, piramidaların hamısını insanlar inşa edib, yalnız tikinti üsullarının əksəriyyəti günümüzə çatmadığı üçün qədim misirlilərin ən böyük sirrinə çevrilib.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
reyting.az

1Mənbələr