AZ

Qeydiyyatdan çıxarılma prosedurunun sadələşdirilməsi təklif olunur

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi təklif olunur.

Gununsesi.info -nun xəbərinə görə, təklifə əsasən, yaşayış yeri özgəninkiləşdirildikdə (satıldıqda və ya başqa şəxsə keçdikdə) həmin ünvanda əvvəllər qeydiyyata götürülmüş şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün məhkəmədənkənar sadələşdirilmiş mexanizmin tətbiqi nəzərdə tutulur.

Dəyişiklik layihəsinə görə, belə hallarda yeni mülkiyyətçinin ərizəsi əsasında həmin şəxslərin qeydiyyatdan çıxarılması mümkün olacaq. Bunun üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə müvafiq dəyişiklik edilməsi təklif edilir.

Təşəbbüsün məqsədi yaşayış yeri özgəninkiləşdirildikdən sonra yeni mülkiyyətçilərin qarşılaşdığı hüquqi və inzibati çətinliklərin aradan qaldırılması, həmçinin qeydiyyat prosedurunun daha operativ və sadə mexanizmlə həyata keçirilməsini təmin etməkdir.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
icma.az

1Mənbələr