AZ

Azərbaycanlı motosikletçi qəza törətdi, 4 yaralı var - FOTO

Türkiyədə azərbaycanlı motosikletçi qəza törədib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Aksaray şəhərinin Şifahane məhəlləsində baş verib.

Azərbaycanlı O.H.G. və 36 yaşlı G.Ç.-nın idarə etdiyi motosikletlər toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələrinin sərnişinləri yola yıxılıb. Hadisə nəticəsində sürücülər və iki sərnişin olmaqla, 4 nəfər yaralanıb.

Əraziyə gələn həkimlər yaralılara ilkin yardım göstəriblər. Daha sonra onlar xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Seçilən
1
1
bakivaxti.az

2Mənbələr