Tbilisi, 12 mart, AZƏRTAC
Qərbi Gürcüstanın Tkibuli Bələdiyyəsinin Kurseb kəndinin ərazisində baş verən torpaq sürüşməsi nəticəsində 5 yaşayış evi uçub.
AZƏRTAC Tkibuli Bələdiyyəsinin meriyasının məlumatına istinadla xəbər verir ki, sürüşmə zonasından 38 ailə təxliyə edilib, tələfat yoxdur.
"Heç kim xəsarət almayıb. Tkibuli Bələdiyyəsi zərər çəkmiş ailələrin hotellərdə yerləşməsini təmin edir", - deyə məlumatda bildirilib.
10:35
Qərbi Gürcüstanın Tkibuli bələdiyyəsinin Kurseb kəndinin ərazisində torpaq sürüşməsi baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.
Bildirilib ki, sürüşmə ilə əlaqədar Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri yolunun 6-cı kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb və istiqamət dəyişdirilib.
Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri, eləcə də müvafiq texnika hadisə yerinə səfərbər edilib, yerli əhali təhlükəsiz yerə təxliyə olunur.
Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi