AZ

Polşa F-35 qırıcılarını qəbul etmək üçün aerodrom hazırlayır

Polşa Amerikanın beşinci nəsil F-35 qırıcı təyyarələrini qəbul etmək üçün aerodrom hazırlayıb.

Herbiand.az bildirir ki, bu barədə Polşa milli müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlama verib.

“Laskdakı aerodrom 32-ci taktiki hava bazasında keçirilən F-35 təyyarələri üçün infrastrukturun genişləndirilməsi üzrə Amerika sertifikatlaşdırmasını uğurla başa vurub. Bu, Polşa Hərbi Hava Qüvvələrində xidmətə qəbul edilən bu müasir təyyarələrin tətbiqi prosesində mühüm addımdır, - nazir deyib.

O, Polşa pilotlarının hazırda ABŞ-da F-35-i idarə etmək üçün təlim keçdiyini, lakin tezliklə Polşa səmasında təlimlərə başlayacağını qeyd edib.

Polşa 2020-ci ildə ABŞ-dan ümumi dəyəri təxminən 4,6 milyard dollar məbləğində Block 4 konfiqurasiyasında 32 ədəd F-35A qırıcı təyyarəsi sifariş edib. İlk partiyanın 2026-cı ilin yayına qədər gəlməsi gözlənilir. Müqavilənin tamamlanması isə 2030-cu ilə qədər başa çatmalıdır.

F-35-lər istismar müddətini başa vurmuş sovet MiQ-29 qırıcılarını əvəz etməlidir. Eyni zamanda, artıq Hərbi Hava Qüvvələrdə xidmətdə olan Amerika F-16 qırıcılarının donanmasını tamamlamaq üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
28
herbiand.az

1Mənbələr