AZ

KİV: ABŞ və İsrail İranda mövcud hökumətin süqut edəcəyinə inanmır

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ kəşfiyyat orqanları hesab edir ki, İran rəhbərliyi ölkə üzərində nəzarəti hələ də əlində saxlayır.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

ABŞ kəşfiyyatının məlumatlarında İran rəhbərliyinin böyük ölçüdə vahid formada qaldığı və yaxın vaxtlarda hakimiyyətin süqutunun gözlənilmədiyi qeyd olunub.

Nəşr kəşfiyyat hesabatlarının İran hakimiyyətinin təhlükədə olmadığına dair ardıcıl nəticələr verdiyini bildirib. Beləliklə də sənədlərdə İran rəhbərliyinin ölkə üzərində nəzarəti saxladığı qənaətinə gəlinib. Agentlik iddia edir ki, İsrail rəsmiləri də İrana qarşı hərbi əməliyyatın ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxara biləcəyindən əmin deyillər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
oxu.az

1Mənbələr