AZ

Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi - VİDEO

Bakının Nərimanov rayonunda ictimai yerdə yarıçılpaq halda gəzən qadının görüntüləri yayılıb.

 

Gənc qadının əynində paltar olmasına baxmayaraq, sinə nahiyəsini açaraq gəzməsi birmənalı qarşılanmayıb.

 

Onun bu formada hərəkəti ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dayandırılıb və aidiyyəti üzrə təhvil verilib. Həmin qadının şəhər sakini, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olması müəyyən edilib.

 

Artıq sözügedən şəxs valideynlərinin də razılığı ilə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.

 

Qafqazinfo

 

Tarix: 12 Mart 2026, 11:40   
Seçilən
55
17
pravda.az

10Mənbələr