"Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovla bağlı verdiyi apellyasiya şikayəti təmin olunub.
"Football-plus.az" xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı bu barədə qərar qəbul edib. Mütəxəssisin dörd oyunluq cəzasının biri İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınıb. Məmmədova 6 aylıq sınaq müddəti təyin edilib.
Xatırladaq ki, Ramiz Məmmədov 15-ci turda "Şəfa"ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3000 manat cərimələnib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta