AZ

Avropanın cəmi bir neçə günlük sursatı var - Rheinmetall rəhbəri

Avropa ölkələrində sursat çatışmazlığı və zirehli texnikaya yüksək tələbat müşahidə olunur.

Musavat.com xəbər verir ki, bunu Almaniyanın müdafiə şirkəti Rheinmetall-ın rəhbəri Armin Papperger İsveçrənin Neue Zurcher Zeitung qəzetinə verdiyi müsahibədə deyib: "Ən böyük ehtiyac sursatlaradır".

Pappergerin hesablamalarına görə, Avropada demək olar ki, heç kimdə kifayət qədər sursat yoxdur: "Fövqəladə hallarda ehtiyatlar bir neçə gün ərzində tükənəcək".

O, bildirib ki, 2022-ci ilə qədər Rheinmetall ildə təxminən 70.000 ədəd artilleriya sursatı istehsal edirdi və 2030-cu ilə qədər bu rəqəm 1,5 milyon ədəd olacaq: "Bu, ABŞ-ın istehsal etdiyindən çoxdur" .

Papperger həmçinin qeyd edib ki, Avropa ölkələrində zirehli texnikaya güclü tələbat var. Rheinmetall rəhbərinin sözlərinə görə, "NATO ölkələri həmişə qoşunlarının dinamik hərəkətini qorumağa çalışacaqlar": "Bunu piyada etmək mümkün deyil; bunun üçün zirehli texnika, o cümlədən dronlardan və idarə olunan silahlardan qorunmaq lazımdır".

Musavat.com

Seçilən
77
musavat.com

1Mənbələr