AZ

ÜST rəhbəri: Hərbi xərclər artır, qlobal sağlamlıq təhlükəsizliyi kölgədə qalır

BAKI, 12 mart. TELEQRAF

Dünyada hərbi xərclərin kəskin artması fonunda qlobal sağlamlıq təhlükəsizliyi diqqətdən kənarda qalır.

Teleqraf xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

ÜST rəhbəri qeyd edib ki, 2025-ci ildə qlobal hərbi xərclər 2.7 trilyon ABŞ dollarına çatıb:

“Bu rəqəm dünyada aclığın tamamilə aradan qaldırılması üçün tələb olunan məbləğdən 30 dəfə çoxdur”.

O, dövlətlərin bir-birindən müdafiə olunmaq üçün trilyonlar xərclədiyi halda, milyonlarla insanın ölümünə və qlobal iqtisadiyyatdan 10 trilyon dolların silinməsinə səbəb olan COVID-19 kimi "görünməz düşmənlərə" qarşı çox az vəsait ayırmasını paradoks adlandırıb.

Onun sözlərinə görə, viruslar vizaya ehtiyac duymur və sərhədlərə hörmət etmir:

"Sağlamlıq təhlükəsizliyi milli təhlükəsizlik deməkdir. Biz bir böhrandan digərinə dərsləri öyrənmədən keçirik və eyni səhvləri təkrarlayırıq. Multilateralizm fərqləri yox etmək üçün deyil, ortaq riskləri idarə etmək üçündür”.

Seçilən
90
teleqraf.com

1Mənbələr