AZ

Şara: Biz Livanın suverenliyinin gücləndirilməsini dəstəkləyirik

Suriya prezidenti Əhməd Şara Livanın suverenliyinin gücləndirilməsini dəstəklədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyinin məlumatına görə, Şara Fransa prezidenti Emmanuel Makron və Livan prezidenti Cozef Aun ilə üçtərəfli dialoq görüşündə iştirak edib.

Suriya prezidenti Şara görüşdə ölkəsinin Livanın sabitliyini və təhlükəsizliyini tam dəstəklədiyini bildirib.

Şara Livan hökumətinin suverenliyini bərpa etmək, təhlükəsizliyi gücləndirmək və Hizbullahı tərksilah etmək səylərini dəstəklədiklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
84
1
turkustan.az

2Mənbələr