Azərbaycanda elektron siqaretlərin ölkəyə gətirilməsi, satışı və istifadəsi qadağan olunub.
Müvafiq qanun artıq qəbul edilib və 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.
Bu qanun IQOS kimi qızdırılan tütün məmulatlarına şamil olunmur, çünki onlar elektron siqaret hesab edilmir. Qızdırılan tütün məhsulları fərqli texnologiya ilə işləyir və ənənəvi elektron siqaretlərdən əsaslı şəkildə seçilir.
Elektron siqaretlər (vape cihazları) xüsusi mayeni qızdıraraq onu buxara çevirən cihazlardır. Bu mayenin tərkibinə nikotin (olmaya da bilər), propilen qlikol, qliserin və müxtəlif dadlandırıcı maddələr olur.
Cihaz işləyərkən maye qızdırılır və istifadəçi yaranan buxarı nəfəsə çəkir. Elektron siqaretlərdə tütün istifadə edilmir və bu cihazlar yalnız kimyəvi tərkibli maye ilə işləyir.
Qızdırılan tütün məhsulları isə fərqli prinsipə əsaslanır və “heat-not-burn” (yandırmadan qızdırma) texnologiyasından istifadə edir. Bu məhsullarda maye istifadə olunmur, vape cihazlarında olduğu kimi buxar mayedən yaranmır, içində həqiqi tütün olan xüsusi tütün çubuqları (məsələn, TEREA) istifadə edilir.
Qızdırılan tütün məmulatlarının cihazı tütünü təxminən 250–350 dərəcə temperaturda qızdırır, lakin onu yandırmır. Bu proses nəticəsində tüstü deyil, aerozol yaranır, kül əmələ gəlmir və yanma prosesi baş vermir.
Mütəxəssislərin sözlərinə görə, bu texnologiya nəticəsində klassik siqaretlərdə yaranan bir sıra zərərli maddələrin miqdarı da azalır.
Elektron siqaretlərlə qızdırılan tütün məhsulları arasında əsas fərqlər bunlardır:
Elektron siqaretlər nikotinli və nikotinsiz mayeni qızdıraraq buxar yaradır, qızdırılan tütün məhsulları isə real tütünü qızdırır.
Elektron siqaretlərdə tütün yoxdur, qızdırılan tütün məhsullarında isə xüsusi hazırlanmış tütün çubuqları istifadə olunur.
Elektron siqaretlərdə proses mayenin buxarlanmasına əsaslanır, qızdırılan tütün məhsullarında isə tütün yandırılmadan qızdırılır.
Beləliklə, elektron siqaretlər və qızdırılan tütün məhsulları tez-tez eyni kateqoriyaya aid edilsə də, texnoloji baxımdan tam fərqli məhsullardır. Elektron siqaretlər nikotinli və ya nikotinsiz mayeni buxara çevirən cihazlar olduğu halda, qızdırılan tütün məhsulları həqiqi tütünü yandırmadan qızdıran alternativ tütün məhsulu hesab olunur.
Bu səbəbdən bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda elektron siqaretlər və qızdırılan tütün sistemləri qanunvericilikdə ayrı məhsul kateqoriyaları kimi tənzimlənir.