
Azərbaycan bu il mühüm bir tədbirə - Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək.
Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bəyan edib.
Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvlərini mayın 17-22-də keçirilməsi planlaşdırılan tədbirdə iştirak etməyə dəvət edib.
"Bu il biz mühüm qlobal tədbir keçirəcəyik. Nizami Gəncəvi Mərkəzinin bütün üzvlərini iştiraka dəvət edirəm", - o bildirib.