Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı şikayət cədvəlində də birinci yerdə "BTB” Bank, ikincilikdə Express Bank, üçüncüdə AFB Bank, növbəti yerdə isə Azər-Türk Bank dayanır.
Bəs görəsən, Azərbaycanda bankların bağlanmasına səbəb nədir? Bundan sonra daha neçə bank bağlana bilər? BOKT-ların faiz göstəriciləri niyə banklara nisbətdə çox daha yüksəkdir?
Aktual.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, daha iki bank fəaliyyətini dayandıracaq:
"Azərbaycanda bank sistemi növbəti inkişaf dövrünə qədəm qoyub. Bir çox analtiklər, o cümlədən beynəlxalq reyinq təşkilatları Mərkəzi Bankın bank sektorunu tənzimlənməsindəki rolunu yüksək qiymətləndirir. Son dövrlər görülən işlər də tənzimləmə siyasətinin uğurlarından xəbər verir.