ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Novruz bayramı ilə bağlı illərdir davam edən müxtəlif adətlər var. Onlardan biri də bayram günlərində qəbiristanlıqları ziyarət etmək və bəzi hallarda qəbirlərin üzərinə səməni, şəkərbura, paxlava kimi şirniyyatlar qoymaqdır. Bir çox insan bunu mərhumların xatirəsinə hörmət əlaməti kimi etsə də, bu ənənənin dini baxımdan doğru olub-olmaması tez-tez müzakirə mövzusuna çevrilir. Bəs görəsən, bu adət dinə görə necə qiymətləndirilir?Bu barədə ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlama verib.O bildirib ki, İslam dininə görə məzarlıqları ziyarət eləmək, ora getmək, qohum-əqrəbanı ziyarət eləmək müstəhəb, yəni bəyənilən əməllərdəndir:“Peyğəmbərimiz (s.a) deyir ki, “zuru əl-məqabirə fəinnəha tuzəkkirukumu əl-axirah”. Deyir, qəbirləri gedin ziyarət eləyin, çünki onlar sizə axirəti xatırladırlar. Odur ki, qəbir ziyarətlərinə axirəti xatırlamaq üçün gedilər, o əsas prinsipdir. Qəbirlərə ziyarətə getdiyimiz zaman ordakı insanlara şəkərbura, səməni, paxlava, yemək-içmək yox, özümüzlə bərabər ora dua götürməliyik. Özümüzlə bərabər ora təmiz niyyəti götürməliyik, ordan qayıdıb gələndə də ibrət alıb gələcəyik. Yəni qəbiristanlıqdan evimizə, evimizdən ora görəcəyimiz işlər daha çox dua, mənəvi dəyərlərlə bağlıdır. Ona görə bu xalq arasında “Qara Bayram” adı altında yayılmış bir adətdir. Uzun müddətdir ki, insanlar tərəfindən yerinə yetirilir, qəbirlərin üzərinə səmənilər qoyulur, nə bilim, müəyyən şirniyyatlar düzülür. Bundan nə o qəbirdə yatan insan istifadə eləyir, nə də ki digərləri. Yəni xarab olub israf olub gedir. Ən yaxşısı odur ki, əgər belə bir xeyirxah iş görmək istəyən insan varsa, ehsan verdirməsin, fəqir-füqaranın qarnın doyursun, tələbələrə, xəstələrə yardım eləsin. Bu cür əldə etdiyi savabı o mərhumun ruhuna hədiyyə eləsin. Və yaxud Quran oxusun ona hədiyyə eləsin”.Həmçinin oxu:
Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən daha faydalıdır
Ağaclar çiçək açana qədər evə mütləq vazelin alın — Səbəb
Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış — İllər sonra açıqlandıLeyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.