AZ

“Uçuşların ləğv edildiyi vaxtda Bakı Forumunun təşkili etimadı göstərir” –Hikmət Hacıyev

XIII Qlobal Bakı Forumu fəaliyyətə başlayır, Prezident İlham Əliyev açılış nitqini söyləyəcək.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.

O qeyd edib ki, forum bugünkü dünya üçün olduqca aktual bir mövzuya həsr olunub və bu, beynəlxalq sistemin dərin transformasiyalar keçirdiyi bir dövrə təsadüf edir.

“Dünyanın bir çox yerlərində uçuşların ləğv edildiyi və səyahət xəbərdarlıqlarının artdığı bir vaxtda belə beynəlxalq konfransda təxminən 400 iştirakçının bir araya gətirilməsi əhəmiyyətli səylər və koordinasiya tələb edir. Bu tədbirin uğurla təşkil olunması və dialoq və müzakirə üçün platforma yaradılması çoxtərəfli əməkdaşlığa güclü sadiqliyi nümayiş etdirir.

Seçilən
60
11
azpost.info

10Mənbələr