AZ

Yasamalda “Silinən izlər. Azərbaycan İrəvanı” adlı filmin təqdimatı keçirildi FOTOLAR

ain.az bildirir, Unikal.az portalına istinadən.

Yasamal rayonunda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının birgə təşkilatçılığı ilə ssenari müəllifi Füzuli Sabiroğlunun “Silinən izlər. Azərbaycan İrəvanı” adlı sənədli filminin təqdimat mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,dövlət və ictimai qurumların nümayəndələri, ziyalılar, gənclər və media təmsilçiləri iştirak ediblər.

Tədbirdən əvvəl Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi yad edilib. Daha sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram göstərilib. Təqdimat zamanı sənədli film nümayiş etdirilib. Çıxış edənlər filmin İrəvanın tarixi Azərbaycan torpağı olduğunu, burada azərbaycanlıların maddi və mənəvi irsinin izlərini tarixi faktlar və arxiv materialları əsasında əks etdirdiyini qeyd ediblər. Bildirilib ki, film milli yaddaşın qorunması və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi və xatirə şəkli ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
2
unikal.az

3Mənbələr