AZ

Rusiyada büdcə kəsiri 3,8 trilyon rubla çatacaq

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya hökuməti növbəti dəfə büdcə kəsiri ilə bağlı müzakirələrə başlayıb. Hökumət dövlət büdcəsində xüsusi önəm kəsb etməyən xərclərin təxminən 10 faizini azaltmağı planlaşdırır.

Reyting.az-ın məlumatına görə, mövcud vəziyyətdə hərbi və sosial xərclərin, həmçinin dövlət maaşlarının, eyni zamanda sosial ödənişlərin ixtisara düşəcəyinin nəzərdə tutulmadığı bildirilir.

"Reuters" agentliyi Kremlə yaxın mənbələrə istinadla xəbər verir ki, ümumiyyətlə, bəzi layihələrlə yanaşı, yol inşaatı və təmiri də müvəqqəti dayandırıla bilər. Mənbələr vurğulayıblar ki, müəyyən analizlər aparılacaq və nəticədə qəbul olunan yekun qərar neft qiymətlərinin vəziyyətindən asılı olacaq.

Mənbələrin fikrincə, ümumilikdə bu, çox ciddi və riskli qərar hesab edilir ki, bunun da nəticəsində Rusiyanın bəzi yeni layihələri müvəqqəti olaraq dayandırılacaq. Ekspertlər deyiblər ki, azaldılan vəsaitlərin bir hissəsi Milli Rifah Fonduna yönəldilə bilər.

Rusiya Federasiyası tərəfindən 2026-cı il üçün nəzərdə tutulmuş plana əsasən, bu ilin büdcə kəsiri gözləntisi 3,8 trilyon rubla, 2027-ci ildə isə 3,2 trilyon rubla çatacaq. Kəsirin fond, eyni zamanda da borclanma hesabına, həmçinin vergilərin artırılması ilə bağlanması planlaşdırılır.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
reyting.az

1Mənbələr