AZ

TƏCİLİ: “Qısa zamanda İranı MƏHV EDƏCƏYİK” – Tramp

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların genişlənəcəyi halda ölkənin enerji sistemini çox qısa müddətdə məhv edə biləcəklərini bildirib.

KONKRET.az xəbər verir ki,Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında deyib ki,

ABŞ istəsə, Tehranın bəzi rayonlarına və digər hədəflərə zərbə endirə bilər.

Onun sözlərinə görə, ABŞ İrandakı elektrik enerjisi sistemini bir saat ərzində sıradan çıxarmaq imkanına malikdir. Tramp iddia edib ki, belə bir zərbədən sonra İranın enerji infrastrukturunu bərpa etməsi təxminən 25 il çəkə bilər.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton hazırda İranla qarşıdurmada “çox yaxşı mövqedədir” və bundan sonra Hörmüz boğazına xüsusi diqqət yetiriləcək.

Bundan əvvəl İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin hücumları dayandırılmasa, Fars körfəzindən neft daşınmasını dayandıra biləcəkləri barədə xəbərdarlıq etmişdi.
Tramp isə jurnalistlərə bildirib ki, ABŞ qüvvələri İran üzərində sərbəst şəkildə hərəkət edir və Hörmüz boğazındakı vəziyyəti yaxından izləyir.

O, həmçinin CBS News-a müsahibəsində Hörmüz boğazı ilə bağlı “onu nəzarətə götürməyi düşündüyünü” də qeyd edib.

Tramp daha əvvəl İranla bağlı “qələbə” qazandıqlarını iddia edərək bildirib ki, əsas məsələ müharibənin nə vaxt dayandırılacağıdır.

Onun sözlərinə görə, ABŞ üçün vacib olan tez bir zamanda qələbə əldə etməkdir.
ABŞ prezidenti müharibənin dörd həftə ərzində başa çata biləcəyi barədə əvvəlki fikrinə dair jurnalistlərin suallarını isə cavabsız qoyub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
30
1
konkret.az

2Mənbələr