Bakı. Trend:
Latviya Seyminin dəvəti ilə Azərbaycan Respublikası MilliMəclisin deputatları, Azərbaycan-Latviya parlamentlərarası əlaqələrüzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və üzvləri Fazil Mustafavə Sevil Mikayılova Riqa şəhərində səfərdədirlər.
Trend xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti 9-10mart tarixlərində Latviyanın səhiyyə naziri Hosams Abu Meri, kəndtəsərrüfatı naziri, Azərbaycan və Latviya arasında HökumətlərarasıKomissiyanın latviyalı həmsədri Armands Krauze, Seymin İctimaiidarəçilik və yerli hakimiyyətlər Komitəsinin sədri Oleqs Burovs vəAzərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri iləgörüşlər keçiriblər.
Keçirilmiş görüşlərdə Azərbaycan və Latviya arasında stratejitərəfdaşlıq münasibətlərin cari vəziyyəti və perspektivlərihaqqında bəhs edilib. Bu əlaqələrin inkişafında parlamentlərin vədostluq qruplarının fəaliyyətinin əhəmiyyəti qeyd olunub,çoxtərəfli platformalarda ölkələrimiz arasında parlament xətti iləqarşılıqlı dəstəyin həyata keçirilməsindən məmnunluq və hazırkısəfərin gələcək əməkdaşlıq üçün yeni imkanların açacağına inamifadə olunub. Həmçinin, hər iki ölkənin parlamentləri arasındaqanunvericilik sahəsində təcrübə mübadiləsinin davam etdirilməsininönəmi qeyd olunub.
Qarşıdan gələn ikitərəfli səfərlərin və iki ölkə arasındaHökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin mühüməhəmiyyəti vurğulanıb. Görüşlərdə Azərbaycan və Latviya arasındaticarət, səhiyyə, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahəsindəəlaqələrin gücləndirilməsi üçün geniş potensialın olduğubildirilib.
Həmçinin, Azərbaycanın və Latviyanın şəhərləri və bələdiyyələriarasında əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsiaparılıb.
Nümayəndə heyəti tərəfindən latviyalı rəsmilərinə Cənubi Qafqazbölgəsindəki son vəziyyət, Azərbaycan-Ermənistanın normallaşmaprosesi, habelə İran tərəfindən Azərbaycan Respublikasına qarşıhəyata keçirilmiş dron hücumları barədə məlumat verilib və buxüsusda, Latviyanın ölkəmizlə həmrəyliyi Azərbaycan tərəfindənyüksək qiymətləndirildiyi bildirilib.
Həmçinin, cari ilin may ayında ölkəmizdə keçiriləcək “Hər kəsüçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayışməskənləri” mövzusuna həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun13-cü sessiyası barədə məlumat verilib. Səfər çərçivəsindənümayəndə heyəti Azərbaycanın Latviyadakı Səfirliyində olub vəAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünün önünəgül dəstəsi qoyub. Milli Məclisin nümayəndə heyətinin Latviyayaişgüzar səfəri davam edir.