ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cinsi təcavüz və seksual qısnama ittihamları ilə məhkum edilmiş amerikalı kino prodüseri Harvey Vaynşteyn həbsxanadan ilk müsahibəsini verib. Hazırda o, 16 il həbs cəzası çəkir.
Bizimyol.info xəbər verir ki, prodüser açıqlamanı "The Hollywood Reporter" nəşrinə müsahibəsində edib.
Vaynşteyn bildirib ki, ümumi şəkildə qadınlardan üzr istəyib, lakin törətmədiyini iddia etdiyi zorakılıq ittihamlarına görə üzr istəmək niyyətində deyil.
“Onlardan ümumi şəkildə üzr istəmişəm. Məhkəmə prosesi gedərkən onlara zəng edib danışa bilməzsən. Amma bu gün burada deyirəm: həmin qadınlardan üzr istəyirəm. Təəssüf edirəm. Əslində onlarla münasibətdə olmamalı idim. Mən onları yanıltdım, hər iki həyat yoldaşıma xəyanət etdim. Bu, əxlaqsız davranışdır. Amma mən onlara hücum etməmişəm. Bu, böyük yalandır. Etmədiyim şeyə görə üzr istəməyəcəyəm. Mən günahsız olduğumu sübut edəcəyəm”, - deyə o qeyd edib.
Prodüser etiraf edib ki, müəyyən hallarda öz nüfuzundan və səlahiyyətindən sui-istifadə edib. Bununla belə, o iddia edir ki, qısnama ilə bağlı qalmaqal bəzi qadınlar tərəfindən şəxsi maraqlar naminə şişirdilib və bütün münasibətlər qarşılıqlı razılıq əsasında baş verib.
“Bir kişi səni gecə yarısı hotel otağına dəvət edirsə, bunun nə demək olduğunu anlayırsan”, – deyə Vaynşteyn əlavə edib.
Xatırladaq ki, 100-dən çox qadın Harvey Vaynşteyni seksual qısnama və zorakılıqda ittiham edib. 2022-ci ildə o, Beverly Hills şəhərində bir aktrisanı hotel otağında zorladığına görə məhkum olunaraq 16 il həbs cəzası alıb.
Bundan əvvəl, 2020-ci ildə prodüser Ney York ştatında da zorlanma və seksual zorakılıq ittihamı ilə günahkar bilinmişdi, lakin 2024-cü ilin aprelində həmin hökm ləğv edilib.
2025-ci ildə isə o, 2006-cı ildə keçmiş assistenti Miriam Haley ilə bağlı iş üzrə bir epizod üzrə yenidən günahkar hesab olunub. Aktrisa Cessika Mann ilə bağlı digər ittihamın məhkəmə baxışı isə daha sonra keçiriləcək.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.