AZ

Boş yerə sığmayan sürücü ikinci cərgəni zəbt etdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 01-BY-736 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü yolun kənarında boş yerin olmasına baxmayaraq ikinci cərgədə parklanma edib.

Məlum olduğu kimi, avtomobilin ikinci cərgədə parklanması yol hərəkəti qaydalarının pozulması hesab olunur və belə hallar həm digər sürücülər, həm də piyadalar üçün təhlükə yaradır. Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitələrini yalnız icazə verilən yerlərdə park etsinlər və yol hərəkətinin təhlükəsizliyinə maneə yaradan davranışlardan çəkinsinlər.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
avtosfer.az

1Mənbələr