AZ

“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında “Bodo/Glimt” evdə “Sportinq”ə (Portuqaliya) 3:0 hesabı ilə qalib gəlib. Beləliklə, öz uğurlu çıxışı ilə Avropanı təəccübləndirən Norveç təmsilçisi ÇL-də 1/4 finala yüksəlmək üçün yaxşı imkan əldə edib

QOL.az xəbər verir ki, oyundan sonra “Bodo”nun baş məşqçisi Kjetil Knutsen komandasının oyunu barədə danışıb. Mütəxəssis fikirlərini UEFA-nın mətbuat xidmətinə belə ifadə edib:

“Yaxşı hisslər var. Xüsusilə də birinci hissədə necə oynadığımız xoşuma gəldi. Rəqib bizə çox boşluq verirdi və düşünürəm ki, bundan yararlana bildik. Oyunu Patrik Berq üzərindən qururduq. Hücumda, meydanın son üçdəbirində say üstünlüyümüz var idi. Buna görə də bizim üçün yaxşı oyun oldu”.

Bu komandalar arasında cavab qarşılaşması martın 17-də Lissabonda keçiriləcək.

Foto: UEFA

Seçilən
74
1
teleqraf.com

2Mənbələr