ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya ilə gələcək sülhün təminatı üçün nə edəcəyinə daha çox aydınlıq gətirilməsini istədiyini bildirib.
"Report"un məlumatına görə, o, bu barədə Kiyevdə Prezident Sarayında "Politico" və "Welt"ə eksklüziv müsahibələrində deyib.
Rusiya-Ukrayna münaqişəsindən danışan Zelenski xalqının yorğun olmasına baxmayaraq, əhval-ruhiyyəsinin yüksək olduğunu vurğulayıb. O bildirib ki, ukraynalılar Rusiyanın ölkənin şərqindəki geniş əraziləri güzəştə getmək ultimatumlarını qəbul etməyə hazır deyillər.
Sülh danışıqları kontekstində Zelenski ABŞ Prezidenti Donald Trampın təsirinin əvvəlki kimi əsas olaraq qalacağını açıq şəkildə bildirib. "Bizə danışıqlar lazımdır. Biz onları dəstəkləyirik. Amma biz Rusiyaya etibar etmirik, lakin düşünürəm və inanıram ki, amerikalılar həqiqətən bu müharibəyə son qoymaq istəyirlər. Ümid edirəm ki, onlar bizə kömək edəcəklər, amma təzyiq daha çox Rusiyaya lazımdır, mənə yox", - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Ukraynaya istənilən sülh müqaviləsinin əsasını təşkil edəcək müəyyən təhlükəsizlik zəmanətləri verməyə hazırdır, lakin bu vədlərin necə olacağı barədə əvvəlki kimi hələ heç bir məlumat yoxdur.
"Səmimi olun. Bu, bizim üçün çox vacibdir, amma bizim dəqiq cavabımız yoxdur", - Ukrayna lideri deyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.