AZ

Olimpiya çempionundan şok etiraf: Təcavüz ediblərmiş

Pekin Paralimpiadasının çempionu Karina Edlinger şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraf edib.

Publika.az xəbər verir ki, Avstriya millisinin üzvü olan paraidmançı 2026-cı il Qış Paralimpiya Oyunlarında görmə məhdudiyyətli idmançılar arasında keçirilən 7,5 km biatlon yarışında gümüş medal qazandıqdan iki həftə əvvəl təcavüzə məruz qaldığını bildirib. Edlinger illər ərzində çox çətin psixoloji dövr keçirdiyini etiraf edib.

“Bu illər ərzində, o cümlədən Avstriya idmanında çox qaranlıq dövrlər yaşadım. Bundan çox, çox əziyyət çəkdim. Kənardan baxanda hər şeyi qazanan uğurlu gənc qadın idim, amma insanın daxilində nə hiss etdiyini heç kim bilmir”, – deyə o bildirib.

Paraidmançı əlavə edib ki, həmin ağır dövrü aşmaqda gündəlik həyatında ona kömək edən iti böyük rol oynayıb:

Seçilən
62
30
publika.az

10Mənbələr