Almatıda gənc qız iki gün ayaqyolu quyusunda köməksiz qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
Qazaxıstanın Almatı şəhərində tükürpədici hadisə baş verib. 25 yaşlı Asel adlı gənc qız ictimai ayaqyolunun quyusuna düşərək orada təxminən iki gün qalıb.
Məlumata görə, martın 10-da evdən çıxan Asel bir daha geri qayıtmayıb və onunla əlaqə kəsilib.
Gənc qızın səhhətində müəyyən xüsusiyyətlər (sağlamlıq imkanları məhdud) olduğu üçün yaxınları dərhal narahat olaraq polisə müraciət ediblər.
Axtarışlar zamanı bədbəxt qızın ictimai tualetin çuxuruna düşdüyü və oradan müstəqil şəkildə çıxa bilmədiyi məlum olub.
İki gün nəcisli quyuda qalan qızı xoşbəxtlikdən bir polis əməkdaşı fərq edib.
Qız dərhal quyudan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hazırda ona lazımi tibbi və psixoloji yardım göstərilir.
Xuraman Etibarlı
İnterpress.az