AZ

ABŞ nin Norveçdəki səfirliyinin yaxınlığındakı partlayışa görə üç nəfər saxlanılıb

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Norveç polisi ABŞ-nin Oslodakı səfirliyinin binası yaxınlığında baş verən partlayış işi üzrə Oslo sakini olan üç qardaşı saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə NRK telekanalına yerli polis bildirib.

Qeyd olunub ki, İraqmənşəli qardaşlara terror aktları maddəsi ilə ittiham irəli sürülüb. Partlayıcı qurğunu onlardan biri yerləşdirib, digərləri isə iş üzrə əlbir olan şəxslər qismində keçirlər. Onların motivini, mümkün əlaltılarını və sifarişçilərini istintaq hələ müəyyən etməlidir.

Polis əlavə edib ki, versiya kimi dövlətlərdən birinin tapşırığı nəzərdən keçirilir və beynəlxalq vəziyyət bu versiyanı gücləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
oxu.az

1Mənbələr