AZ

Bu qidalardan yeyənlərin yuxu dərdi olmur

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çinli alimlər qidalanma vərdişləri ilə yuxu keyfiyyəti arasındakı birbaşa əlaqəni üzə çıxarıblar. Şandun Ənənəvi Çin Təbabəti Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırmanın nəticələri "Frontiers in Nutrition" jurnalında dərc olunub.Demorkat.az-ın məlumatına görə tədqiqatda 1500-ə yaxın insan iştirak edib. Könüllülər gündəlik qida rasionları və yuxu rejimləri barədə ətraflı sorğu doldurublar. Alimlər tərəvəz, meyvə, ət, taxıl və süd məhsulları da daxil olmaqla 12 əsas qida qrupunu təhlil ediblər. Yuxunun keyfiyyəti isə beynəlxalq səviyyədə qəbul edilmiş xüsusi test vasitəsilə ölçülüb. Bu test yuxunun müddəti, yuxuya getmə müddəti və gecə oyanmaları kimi vacib məqamları əhatə edib.Məlum olub ki, müəyyən növ qidalanma tərzi yuxu problemlərini əhəmiyyətli dərəcədə azaldır. Xüsusilə təzə meyvə, tərəvəz və süd məhsullarından müntəzəm istifadə edən şəxslər daha rahat və dərin yatırlar. Rasionda bu qidaların payı artdıqca yuxu pozğunluğu riski statistik olaraq aşağı düşür.Tədqiqatçılar bildirirlər ki, qidalanma tərzi yuxu sağlamlığının qorunmasında həlledici rol oynaya bilər. Hələlik bu qidaların birbaşa təsir mexanizmi tam sübut olunmasa da, bitki mənşəli məhsullar və südün yuxu pozğunluğu ehtimalını azaltdığı faktı təsdiqini tapıb.Qeyd edək ki, bundan əvvəl aparılan araşdırmalar isə göstərmişdi ki, sutka ərzində təxminən 7 saat 18 dəqiqə yatmaq şəkərli diabet riskini minimuma endirir.İsmayıl

Demokrat.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
134
41
demokrat.az

10Mənbələr