AZ

ABŞ və İsrailin İrana hücumunu belə şərh etdi

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

ABŞ və İsrailin müqəddəs Ramazan ayında İrana hücumları İslam dünyasında nifaq salmaq məqsədi daşıyır.

"Unikal" xəbər verir ki, bunu "Telegram" kanalında Çeçenistan lideri Ramzan Kadırov yazıb. 

"Müqəddəs Ramazan ayında İrana xain hücum etməklə ABŞ və İsrail bütün İslam dünyasına nifaq salmağa çalışıblar. Bu hücum İranın Ali Lideri və Ruhani Lideri Ayətullah Əli Xameneini, ailə üzvlərini, Menab şəhərindəki orta məktəbdə oxuyan 168 şagirdi və çoxsaylı mülki şəxsləri öldürüb", - deyə o bildirib. 

O, ABŞ və İsrailin Tehranı üçüncü ölkələri münaqişəyə cəlb etməklə "qəsdən" qisas almağa təhrik etdiyini vurğulayıb:

"Taktiki olaraq, ABŞ bazalarına qarşı qisas hücumu gözlənilən müdafiə reaksiyası idi, lakin mülki infrastruktura hücumlar və mülki insanların ölümü heç bir şəkildə haqlı sayıla bilməz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
unikal.az

1Mənbələr