AZ

Yaxın Şərqdə eskalasiya RİSKİ: İsrail müdafiə planlarını YENİLƏYİR

İsrail İran və “Hizbullah” tərəfindən genişmiqyaslı hücumların artmasına hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

İsrail rəhbərliyi İran və Livanın “Hizbullah” hərəkatı tərəfindən gözlənilən mümkün genişmiqyaslı hərbi eskalasiyaya qarşı hazırlıqlarını gücləndirib.

Məlumata görə, regionda gərginlik pik həddə çatıb və İsrail tərəfi kütləvi hücumların baş verə biləcəyi ehtimalını yüksək qiymətləndirir.

Bununla əlaqədar olaraq, İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin ən yüksək rütbəli siyasi və təhlükəsizlik rəsmilərini təcili iclasa çağırıb.

Görüşün əsas məqsədi mövcud vəziyyəti dəyərləndirmək, hərbi hazırlıq dərəcəsini yoxlamaq və bütün mümkün ssenarilərə qarşı operativ cavab tədbirlərini müəyyənləşdirməkdir.

Hazırda İsrailin bütün güc strukturları və fövqəladə hallar xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
156
interpress.az

1Mənbələr